AZ

Kürdəmir Peşə Liseyi yeni tədris ilinə 667 tələbə ilə başlayır

Azertag saytından verilən məlumata görə, ain.az xəbər verir.

Kürdəmir, 15 sentyabr, Rəşad Türkoğlu, AZƏRTAC

Kürdəmir Peşə Liseyində 15 Sentyabr – Bilik Günü münasibətilə tədbir keçirilib.

Liseydən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, daha sonra şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Liseyin direktoru Nurlan Abdullayev 2025/2026-cı tədris ili münasibətilə tələbələri təbrik edib, onlara uğurlar arzulayıb. Direktor bildirib ki, bu il liseydə 24 yeni qrup üzrə 480 nəfər qəbul olunub. Keçid qrupları ilə birlikdə təhsil müəssisəsində ümumilikdə 667 tələbə ilə tədris prosesi davam etdiriləcək. O vurğulayıb ki, hər il əmək bazarı araşdırılır, mövcud tələblər nəzərə alınaraq yeni ixtisaslar üzrə qruplar açılır. “Liseydə dərslər peşəkar mütəxəssislər tərəfindən keçirilir. Tədris prosesi nəzəri və praktiki biliklərin vəhdəti əsasında qurulur. Tələbələr müasir avadanlıqlarla işləmək bacarıqlarına yiyələnirlər”, – deyə direktor bildirib.

Tədbirdə çıxış edənlər təhsilin dövlət siyasətində prioritet sahə olduğunu, peşə təhsilinə göstərilən diqqət və qayğının ölkəmizin sosial-iqtisadi inkişafı üçün mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıblar. Qeyd edilib ki, peşə liseylərində tədrisin əsas məqsədi əmək bazarının tələblərinə cavab verən, yüksək peşə bacarıqlarına malik mütəxəssislərin hazırlanmasıdır.

Bədii proqramla davam edən tədbirdə tələbələr şeirlər səsləndirib, milli rəqslər ifa ediblər.

Xatırladaq ki, ötən tədris ilində Kürdəmir Peşə Liseyində Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramının icrasını təmin etmək məqsədilə bir sıra qısamüddətli təlimlər təşkil olunub. Bu təlimlərdə həm yerli sakinlər, həm də keçmiş məcburi köçkünlər iştirak ediblər. Müdavimlər dərzi, bərbər, vizajist, aşpaz və digər peşələr üzrə bilik və bacarıqlara yiyələniblər.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
23
1
azertag.az

2Mənbələr