AZ

Xankəndi şəhərində mülki erməninin təxribat törətmək cəhdi adi kriminal hadisə deyil

Xankəndidə təxribat törətmək istəyən erməni əsilli sakinin polislərimizin sərvaxtlığı, ayıq-sayıqlığı nəticəsində aşkar olunaraq neytrallaşdırılması, əslində təkcə polislərimizin deyil, hər birimizin diqqətli olmasının vacibliyini bir daha üzə çıxarır. Çünki düşmənlərimiz yatmayılblar, onlar marığa çəkiliblər və hər an revanşa hazırdırlar. Qələbəmizi həzm etməyən böyük güclər, regionda öz təsirini qoruyub saxlamağa çalışan şimal və cənub qonşularımız da Azərbaycana qarşı yeni-yeni planlar cızmaqdan əl çəkmirlər. Görünən budur ki, anti-Azərbaycan qüvvələr Qarabağda qalmış beş-on ermənidən maşa kimi istifadə etmək istəyirlər.

Bu, tarixən də həmişə belə olub, heçnə dəyişməyib. Ermənilər həmişə onun-bunun əlində maşa olublar. Terrora meyllilik də ermənilərin ənənəvi xüsusiyyətidir. Ona görə də Karen Avanesyan adlı erməninin qabaqcadan gizlətdiyi “Kalaşnikov” avtomatını və qumbaraları götürüb Xankəndi şəhərində keçirilən tədbir yerinə yaxınlaşmaq, təxribat törətmək istəməsi qətiyyən təəccüb doğurmur. İlk baxışdan dinc, mülki vətəndaş kimi görünən hər bir erməni istənilən an potensial terrorçuya çevrilə bilər. Bu baxımdan Xankəndidəki azərbaycanlılar hər zaman diqqətli, ayıq-sayıq olmalıdırlar. Çünki orada qalıb yaşayan ermənilər istənilən vaxt kənar güclərin sifarişlərinin icraçısına çevrilə bilərlər.

Bu hadisə bir daha onu göstərir ki, Azərbaycan sülhə can atsa da, lakin erməni xisləti heç vaxt dəyişmir. Onlar içimizdə yaşaya-yaşaya yenə də düşmənçiliklərini davam etdirirlər. Bu da o deməkdir ki, dəmir yumruğumuz daim onların başının üstündə olmalıdır. Hətta sülh sazişi imzalandıqdan sonra da ermənilər Azərbaycanın hərbi gücünün hər zaman hazır vəziyyətdə olduğunu hiss etməlidirlər. Biz heç vaxt ermənilərin tam olaraq sülhsevər topluma çevriləcəkləri gözləntisi ilə yaşamamalıyıq.

Qələbəmizin simvoluna çevrilən Xankəndi şəhərində mülki erməninin təxribat törətmək cəhdi adi kriminal hadisə deyil. İlkin məlumatlardan da göründüyü kimi həmin erməni təxribat planını həyata keçirmək üçün öncədən mütəşəkkil şəkildə hazırlaşıb. Və yaxud da ki, onu hazırlaşdırıblar. Aparılan əməliyyat-istintaq tədbirlərinin gedişində bu terakt təşəbbüsünün motivləri də, K.Avanesyanın kənar güclərin tapşırığı ilə hərəkət edib-etməməsi də üzə çıxarılacaq. Ümumiyyətlə, hüquq-mühafizə orqanlarımızın Xankəndidə təxribatın qarşısını vaxtında almaları təqdirə layiq haldır. Xankəndinin erməni əsilli sakininin təxribat törətmək cəhdi kimin kim olduğunu dünyaya göstərmək baxımından da olduqca önəmlidir. Azərbaycan dövləti Xankəndidə quruculuq-inkişaf tədbirlərini genişləndirdiyi halda, erməni xisləti isə həmişəki kimi öz dağıdıcılığını, vandallığını nümayiş etdirir. Dünya bir daha kimin kim olduğunu görsün.

Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri

Seçilən
19
2
ictimairey.az

3Mənbələr