AZ

“Benfika”nın baş məşqçisi “Qarabağ”la oyundan DANIŞDI

“Benfika”nın baş məşqçisi Bruno Lage “Qarabağ”la oyun öncəsi mətbuat konfransı keçirib.

Bizim.Media xəbər verir ki, bu barədə Portuqaliya mətbuatı məlumat yayıb.

O deyib: “Komandamı motivasiyalı görürəm. Beynəlxalq arenada keçirdiyimiz dörd görüşdə ortaya qoyduğumuz oyunu təkrarlamaq, ötən mövsüm göstərdiyimiz performansı davam etdirmək istəyimiz böyükdür. Məqsədimiz 3 xal qazanmaq, yaxşı futbol oynamaq və azarkeşlərimizə unudulmaz Avropa gecəsi bəxş etməkdir”.

Lagenin sözlərinə görə, strategiyalar həmişə rəqibin xüsusiyyətlərinə görə qurulmalıdır: “Santa Klara” müdafiəyə daha çox çəkilən komanda idi, “Qarabağ” isə fərqli sistemdə çıxış edir. Biz isə rəqibin buraxdığı boşluqlardan maksimum yararlanmağa çalışacağıq”.

49 yaşlı portuqaliyalı məşqçi start heyəti ilə bağlı bunları söyləyib:  “Komanda ilə növbəti yaxşı məşq gününü arxada qoyduq, sabah da davam edəcəyik. Bundan sonra ən uyğun onbirliyi müəyyənləşdirib qərarımızı verəcəyik”.

O bildirib ki, “Benfika”nın üzərindəki tələb hədsiz dərəcədə yüksəkdir: “Burada başqa nəticə ola bilməz. Bütün oyunları qazanmalıyıq”.

Xatırladaq ki, “Benfika” - “Qarabağ” oyunu sabah keçiriləcək və saat Bakı vaxt ilə 23:00-da başlanacaq.

Bizim.Media

Seçilən
34
9
bizim.media

10Mənbələr