AZ

Xalid Kərimli: “Maliyyə bazarları o qədər sürətli və çevikdir ki, risklə gəlirliliyi həmişə kompensasiya edir”

ain.az, Bizimyol portalına istinadən məlumat yayır.

İnsanlar faiz və gəlir əldə etmək məqsədi ilə pullarını banklara əmanət edir. Dünyada ən çox hansı ölkə faiz verir? İnvestorlar hansı ölkəyə və ya hansı banka pul yatırsa, daha qazanclı çıxar?

Məsələ ilə bağlı Bizimyol.info portalına açıqlamasında iqtisadçı-ekspert Xalid Kərimli bildirib ki, pulunu xarici banka qoymaq istəyənlər peşəkar maliyyəçilərdən yardım almalıdırlar: “Türkiyədə bu barədə daha yaxşı olacaq, çünki investisiyanı gələcəyə yatırısan. İndi yaxşı ola bilər, ancaq aydan sonra pis də ola bilər. Pis dedikdə, yəni faizi yenə yüksək verəcəklər, amma lirənin qiyməti kəskin ucuzlaşa bilər. Pulun xaricdə depozit yatırmaq istəyən şəxs adi adamlar deyil, pullu adamlardır, eyni zamanda xariclə əlaqələri olmalıdır. Burda bank hesabı, depozit hesabı açmaq hüquqi məsləhət tələb edir. Mümkündür, ya mümkün deyil? Hansı formada edilməlidir? Bunlar asan məsələlər deyil. Bəzilərinə çox rahatdır, gedib şəxsiyyət vəsiqəsi ilə aça bilir, qeyri-rezidentlərə də bunu aça bilirlər. Bəzilərində isə bu prosesin icrası mümkün deyil. Hansısa formada tələblərə uyğun cavab verməlisən ki, sabah aça biləsən. Yaşayış yeri, qeydiyyat yeri tələb oluna bilər. Bu da o qədər asan və rahat deyil”.

Xalid Kərimli

İqtisadçı-ekspert vurğulayıb ki, yüzlərlə, minlərlə işçisi olan investisiya banklarında onlar daha çox qazanmaq imkanına malikdir: “İnvestisiya bankları var ki, yüzlərlə, minlərlə işçisi var, onlar daha çox qazanmaq imkanına malikdir. Çünki bu işdə böyük təcrübələri var, bu istiqamət üzrə təhsil alıblar. Ona görə bu işdə pul qazana bilirlər. Çünki hesabları var, sürətli və çevikdirlər. Lazım olanda pulu çıxarırlar, lazım olanda pul qoyurlar. Bu formada idarə edə bilirlər. Vətəndaşlar birinci özləri üçün strategiya müəyyənləşdirməlidirlər. Onlar çox risk etməyə, yoxsa az riskə getməyə hazırdırlar?

Türkiyə faiz verir, amma bu da risklidir. Yəni qazana da bilərsən, itirə də. Heç 3-5 % qazanmaya da bilərsən. Sığorta varmı, yoxdurmu? Mən bildiyim qədəri ilə depozitlərdə sığorta mexanizmi hər birində var. Amma hər birində fərqli məbləğlərdir. Maliyyə bazarları o qədər sürətli və çevikdir ki, risklə gəlirliliyi həmişə kompensasiya edir. Çünki pul sürətlə axır. Harda gəlirlilik çoxdursa, pul ora qaçır. Ora investisiya edir, pul çox gələndən sonra da oranın gəlirliliyi aşağı düşür.

Bu baxımdan vətəndaşa məsləhər görərdim ki, öncə ölkə daxilində pulunu qiymətləndirməyə çalışsınlar. Xarici bazarlara çıxmaq istəyirlərsə, bunun üçün Broker şirkətləri və investisiya şirkətləri var. Bu qurumlarla əlaqə saxlasınlar, yaxud banklarda xüsusi investisiya departamentləri var ki, müştərilərə belə xidmətlər göstərirlər.

Vətəndaş pulunu götür-qoy etməyib banka qoyarsa, problemlərlə rastlaşa bilər. Maliyyə vasitəçilərinin, brokerlərin, kapital şirkətlərin və investisiya məsləhətçilərinin rolu odur deyə onillərdir bazardadırlar”.

Günel Həsənova, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
18
bizimyol.info

1Mənbələr