AZ

İran Prezidenti müsəlman ölkələrinə çağırış edib

ain.az, Ayna portalına istinadən məlumat verir.

“Müsəlmanlar həmrəy olsalar, sionist rejim ölkələrimizə hücum etməyə və beynəlxalq hüququ pozmağa cəsarət etməz”

İran Prezidenti Məsud Pezeşkian Qətərə Ərəb və İslam liderlərinin sammitinə səfəri öncəsi deyib ki, müsəlman ölkələri İsrailin hərəkətləri qarşısında birlik nümayiş etdirməlidir. AYNA.AZ xəbər verir ki, bu barədə Pezeşkian “Mehr” xəbər agentliyinə bildirib.

“Müsəlmanlar həmrəy olsalar, sionist rejim ölkələrimizə hücum etməyə və beynəlxalq hüququ pozmağa cəsarət etməz”, - İran Prezidenti qeyd edib.

Onun sözlərinə görə, müsəlman ölkələri "İsraillə əlaqələri kəsmək üçün iqtisadi, mədəni və sosial sahələrdə əməli addımlar atmalıdırlar".

Pezeşkian deyib ki, İsrail “təəssüf ki, ABŞ və bəzi Avropa ölkələrinin dəstəyi ilə dünya səhnəsində istədiyi hər şeyi edir”.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
39
ayna.az

1Mənbələr