Xalqcebhesi saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Azərbaycan Güləş Federasiyasında (AGF) koordinator təyin edilən Rafiq Hüseynovun yeni vəzifədə hədəflərinə çatması üçün heç bir maneə yoxdur.
Karyerasını 37 yaşında başa vuran keçmiş yunan-Roma güləşçisi bu barədə "Report"a açıqlama verib.
Tokio Olimpiadasının bürünc medalçısı, 2 qat dünya və 3 qat Avropa çempionu idmançıların arasında olacağını söyləyib:
"Karyeranı başa vurmaq asan qərar deyil. 30 ildir güləşçi kimi fəaliyyət göstərirəm. Bu, bir növ həyat tempini dəyişməkdir. Ona görə mənim üçün psixoloji cəhətdən çətinlik yarada bilər. Bir tərəfdən fikirləşirəm ki, güləş zalından ayrılmamışam. Yenə də idmançıların arasındayam. Bu, mənə bir az rahatlıq verir. Stresli vəziyyətin öhdəsindən gələ bilirəm".
R.Hüseynov karyerasının 37 yaşınadək davam etməsi barədə danışıb:
"İnsan bir işi sevəndə ondan həzz almalıdır. Mən də bu işi sevə-sevə görmüşəm. Ona görə bu yaşadək davam etmişəm, rahatlıq olub. Heç vaxt karyeramı bitirmək barədə düşünməmişəm. Amma hər şeyin bir sonu var. Əminəm ki, məndən sonra gələcək gənclər nəticələrimi üstələyəcəklər. Qurban Qurbanov bu çəkidə çıxış edir və artıq Avropa çempionudur. Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən dünya çempionatında da sözünü deyəcək".
AGF-də yunan-Roma güləşi üzrə koordinator vəzifəsini yerinə yetirəcək sabiq idmançı təyinatı barədə də fikirlərini bölüşüb:
"Əsas hədəflərimiz yunan-Roma güləşində problemli məsələlərin koordinasiyasıdır. Eyni zamanda aşağı yaş qruplarından ibarət komandalara da diqqət yetirəcəyik. Qarşımızda bəzi vəzifələr var. Bundan əlavə, rəhbərliyin hansısa məsələ ilə bağlı göstərişi olanda, biz də öz rəyimizi verəcəyik. Ən azından bu sahədə müəyyən təcrübəyə malikik. Bu baxımdan iş mənim üçün çətinlik yaratmır və hədəflərimə çatmaq üçün heç bir maneə yoxdur".
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.