Rusiyanın Bolqarıstandakı səfiri Eleonora Mitrofanova bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb və ona Polşada PUA insidenti ilə əlaqədar yazılı demarş təqdim edilib.
Redaktor.az xəbər verir ki, bu barədə Bolqarıstan XİN-in bəyanatında deyilir.
Qeyd olunur ki, Bolqarıstan hökuməti Polşanın hava məkanının pozulmasını qəti şəkildə pisləyir.