AZ

Azərbaycan minik avtomobillərinin idxalını 29% artırıb

Bu ilin ilk 8 ayında Azərbaycana 1 milyard 243 milyon dollar dəyərində 68 min 295 ədəd minik avtomobili idxal edilib.

FED.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

2024-cü ilin eyni dövrü ilə müqayisədə minik avtomobillərinin idxalı dəyər ifadəsi ilə 269,5 milyon dollar və ya 27,7%, miqdar ifadəsi ilə isə 15 min 289 ədəd və ya 28,8% artıb.

Ötən ilin eyni dövründə xaricdən 973,4 milyon dollar dəyərində 53 min 6 ədəd minik avtomobili gətirilmişdi.

1 ədəd minik avtomobilinin orta idxal qiyməti 2025-ci ilin 8 ayının nəticələrinə görə orta hesabla 18 min 200 dollar (30 min 940 manat) olub ki, bu da son bir ildə 158 dollar (269 manat) və ya 0,9% ucuzlaşma deməkdir.

2024-cü ilin yanvar-avqust aylarında isə 1 ədəd minik avtomobilinin orta idxal qiyməti 18 min 358 dollar (31 min 209 manat) olub.


Seçilən
17
fed.az

1Mənbələr