ain.az bildirir, Sportal.az portalına istinadən.
"Benfika" UEFA Çempionlar Liqası Liqa mərhələsinin ilk turu çərçivəsində doğma meydanda "Qarabağ"ı qəbul edəcək.
Sportal.az xəbər verir ki, Lissabon təmsilçisinin baş məşqçisi Bruno Laje matçdan öncə keçirilən mətbuat konfransında iştirak edib. 49 yaşlı mütəxəssis məqsədlərinin 3 xal qazanmaq olduğunu bildirib:
“Komanda ötən mövsüm Çempionlar Liqasında göstərdiyi yaxşı oyunları təkrarlamaq istəyir. Məqsədimiz qalib gəlmək, üç xal qazanmaq və azarkeşlərə unudulmaz Avropa gecəsi yaşatmaqdır. “Benfika"nı çalışdıran hər kəs yüksək tələblərin olduğunu yaxşı bilir. Yalnız titul qazanmaq kifayət etmir, yaxşı futbol da göstərmək vacibdir. Komanda həmişə irəli baxmalıdır. Müdafiədə ötənilki səviyyəyə qayıtmışıq, Avropada pressinqdə ən yaxşı komandalar sırasında yer alırıq. Hücumda isə oyunu arxadan qurmağa, yarımmüdafiəçilərlə əlaqəni gücləndirməyə və topa nəzarət etməyə çalışırıq. Amma hücum xəttində hələ də inkişaf üçün imkanlarımız var. Daha çox dinamika və qol epizodları yaratmalıyıq. Buna görə daim futbolçularla işləyirik və inanıram ki, yaxşı oyun sərgiləyib 3 xal qazanacağıq".
Qeyd edək ki, "Benfika" - "Qalatasaray" qarşılaşması sabah Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
saytlarin hazirlanmasi
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.