AZ

Bakıda ən bahalı evlər bu ərazilərdə satılır SİYAHI

ain.az bildirir, Olke.az saytına əsaslanaraq.

Bakıda müəyyən yaşayış kompleksləri bazarda xüsusi diqqət çəkir. Bu ərazilərdə mənzillərin satış qiymətləri digər bölgələrlə müqayisədə xeyli yüksəkdir. Qiymət fərqliliyi yalnız evlərin ölçüsündən deyil, eyni zamanda yerləşdiyi ünvandan da qaynaqlanır. Nəticədə, bu binalardakı mənzillərin kirayə dəyəri də digər bölgələrdən fərqlənir və bazarda lider mövqeyini qoruyur.

Mövzu ilə bağlı Ölkə.az-a açıqlama verən Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc bildirib ki, kirayə və satış qiymətləri arasında birbaşa əlaqə mövcuddur:

"Yəni yüksək satış qiymətləri olan mənzillərin kirayəsi də təbii olaraq yüksək olur. Bu baxımdan, mən sizə ərazilər üzrə təqribi qiymətləri təqdim edəcəyəm.

Həmin ərazilərdə əsasən binalardan söhbət gedir. Qeyd etmək lazımdır ki, göstərilən qiymətlər həmin ərazilərdəki maksimum satış qiymətləridir. Bazarda həmin ərazilərin satış qiymətləri yüksək olduğu kimi, kirayə qiymətləri də yüksək səviyyədədir.

Ağ şəhərdə, xüsusilə "Sea Breeze Residence"də yüksək qiymətlər müşahidə olunur. "Port Baku" da ayrıca qeyd edilib. Hazırda "Crescent Mall"un yerləşdiyi rezidens kvadrat metr üçün ən yüksək qiymət kimi 14 000 manat təklif edir. Siyahıda ümumilikdə 12 rayon üzrə maksimum qiymətlər təqdim olunub".

ÜNVANLAR

Maxsimum satış, AZN

Maxsimum kirayə, AZN

Crescent Mall

14 032

5,000.0

Port Baku

9 050 

4,000.0

Ağ şəhər

7 570 

2,200.0

Sea Breeze

5 960 

2,000.0

Nəsimi

5 845

1,400.0

Səbail

5 426 

2,300.0

Nərimanov

4 532 

1,300.0

Xətai

4 320 

2,100.0

Yasamal

3 724 

1,000.0

Sabunçu

3 509 

800.0

Nizami

3 342 

700.0

Binəqədi

2 915 

900.0

Qaradağ

2 170 

700.0

Suraxanı

2 159

500.0

Xəzər

2 105

400.0

Pirallahı

1 570

300.0

Həmidə İbrahimova

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
13
2
olke.az

3Mənbələr