AZ

Avanesyan kimi ermənilər mütləq şəkildə nəzarətə götürülməlidirlər



"Qarabağa sonradan gətirilərək məskunlaşan Karen Avanesyan adlı erməninin, Xankəndidə keçirilən dövlət tədbirinə planlaşdırdığı silahlı təxribatın sözsüz ki qarşısını almaq mümkün oldu. Amma, çox təəssüf ki, bir nəfər polis əməkdaşı bu əməliyyatda yaralandı. Kalaşnikov avtomatı, 4 ədəd sandıqça ilə birlikdə və əl qubaralarına sahib Karen Avanesyan heç şübhəsiz ki, tədbirə toplaşan insanları kütləvi şəkildə qətlə yetirmək niyyətində olub və o, bunu öncədən planlaşdırıb. da ola Polis əməkdaşlarının sayıqlığı nəticəsində terror aktının qarşısı alınıb və insanların kütləvi şəkildə gülləbaran edilməsinə nail ola bilməyən Karen Avanesyan, avtomatdan atəş açaraq və 3 ədəd qumbara ataraq bir polisimizi yaralamağı bacarıb. Baş verən hadisə onu göstərdi ki, Azərbaycan ərazilərində yaşayan Avanesyan kimi ermənilər mütləq şəkildə nəzarətə götürülməlidirlər".

Newscenter.az xəbər verir ki, bunları siyasi ekspert Çingiz Şahbazi deyib. O bildirib ki, Karen Avanesyan sadə erməni kimi görünməsinə rəğmən bunu öz təşəbbüsü ilə də edə bilər:

"Çünki ermənilər arasında belə tiplərin çox olması bu ehtimalı özündə əks etdirən amillərdən hesab olunur. Amma, bu heç də kənardan hansısa qüvvələrin təxribat xarakterli planları çərçivəsində Karen Avanesyandan istifadə olunaraq atılan addım kimi də həyata keçirilməsini istisna etmir. Bu səbəbdən Azərbaycan hüquq mühafizə orqanları, Avanesyanın həyata kecirdiyi terror aktının nədən və hansı səbəblərdən qaynaqlandığını tam detallarına qədər əldə edəcəklərini düşünürəm və hesab edirəm ki, baş verən insdent, daha da sayıqlığın artırılması istiqamətində əlavə tədbirlərin görülməsinə zərurəti artırıb".

Anar Əliyev
Seçilən
44
newscenter.az

1Mənbələr