AZ

Tanınmış telejurnalistdən Benfika Qarabağ oyunununa ŞOK PROQNOZ: Çox ağır olacaq...

Sitat.info portalından alınan məlumata görə, ain.az xəbər verir.

"Benfika"nın "Fənərbağça" ilə oyununa baxmışan. Çox dinamik və sürətli komandadır. Həddindən artıq ağır oyun olacaq. Qarabağ həmişə sürətli oynayan komandalara qarşı çox əziyyət çəkir.

Nəzərə alsaq ki, "Qarabağ"da çox ciddi mərkəz hücumçusu problemi var"

Bu sözləri "Sitat.info"ya açıqlamasında tanınmış telejurnalist Ceyhun Rzayev deyib.

O bildirib ki, məğlubiyyət qaçılmazdır: "Nəriman bu oyunu buraxır. Son turda Zirəyə qarşı oyunda Qurban Qurbanov  mərkəz hücumçusu mövqeyində yeni transfer Kamilo Duranı oynatdı. Açığı onun oyunu xoşuma gəlmədi. Bu baxımdan "Qarabağ" üçün çox ağır olacaq. Kiçik hesablı məğlubiyyətlə canımızı qurtarsaq, yaxşı olacaq. Nəinki qələbəyə, heç heç-heçəyə  belə ümid etmirəm. Əsas odur ki, layiqli mübarizə aparsın".

Qeyd edək ki, sabah Lissabonda keçiriləcək “Benfika” – “Qarabağ” matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Səid,

Sitat.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
23
1
sitat.info

2Mənbələr