AZ

Qanunsuz balıq ovuna qarşı REYD

Yazını böyüt
Yazını kiçilt

Kənd Təsərrüfatı Nazirliyinin Balıqçılıq və Akvakultura Mərkəzi tərəfindən Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşlarının iştirakı ilə qanunsuz balıq ovuna qarşı reydlər davam etdirilir.

Nazirlikdən hafta.az-a bildirilib ki, bu il sentyabrın 10-da Qaradağ rayonu, Heydər Əliyev adına Dərin Özüllər Zavodu yaxınlığında yerləşən ərazidə keçirilmiş reyd zamanı balıqovlama bileti olmadan qanunsuz balıq ovlayan vətəndaşlar Elşən Əliağa oğlu Həmzəyev və Mehman Xəlil oğlu Babayev müəyyən edilərək barələrində qanunvericiliyə uyğun tədbirlər görülüb. Onlardan tor vasitəsilə qanunsuz ovlanmış 1873 ədəd krevet götürülərək müvəqqəti saxlanması üçün Su Nəqliyyatında Polis İdarəsinin maddi sübutların saxlanma yerinə təhvil verilib.

Qeyd edilib ki, qanunsuz balıq ovunun qarşısının alınması, su bioresurslarının qorunması və ekoloji tarazlığın təmin edilməsi məqsədilə müvafiq dövlət qurumları tərəfindən mütəmadi olaraq nəzarət tədbirlərinin həyata keçirilməsi davam etdiriləcək. Qanunsuz balıq ovu qadağandır və bu kimi hallara yol verən şəxslər barəsində qanuni tədbirlər görüləcək.

Seçilən
21
17
hafta.az

10Mənbələr