Tribuna portalından alınan məlumata görə, ain.az xəbər verir.
Alimlər Yerə ən çox bənzəyən planetin 40 işıq ili uzaqlıqda tapıldığını açıqlayıblar.
Tribunainfo.az “Sözcü” qəzetinə istinadən xəbər verir ki, astronomlar Yerə bənzər xüsusiyyətlərə malik yeni ekzoplanet kəşf etdiklərini elan ediblər.
James Webb Kosmik Teleskopu (JWST) ilə aparılan müşahidələr göstərib ki, TRAPPIST-1 adlı planetin yaşayış üçün əlverişli atmosferi ola bilər.
Kəşf edilən TRAPPIST-1 sistemi Yer ölçüsündə yeddi qayalı planetə ev sahibliyi edir. Yeni məlumatlar TRAPPIST-1e-nin Venera və ya Mars kimi sıx karbon dioksid atmosferinə malik olmadığını, əksinə Yerdəki kimi azotun üstünlük təşkil etdiyi atmosferə malik ola biləcəyini göstərir.
Qeyd edək ki, ABŞ-da Massaçusets Texnologiya İnstitutunun (MIT) astronomu Sara Siger, “TRAPPIST-1-ən perspektivli yaşayış zonası planetlərindən biridir və bu tapıntılar bizi bir addım da irəli aparır”, – deyib.
Dəniz Pənahova
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.