BAKI, 15 sentyabr. TELEQRAF
Şimali Qazaxıstan vilayətinin sakini balıq tutarkən təsadüfən nəhəng mamont sümüyü taparaq tarixi kəşfə imza atıb.
Teleqraf xəbər verir ki, bu barədə Qazaxıstan Elm və Təhsil Nazirliyi məlumat yayıb.
Sümük Şimali Qazaxıstanın Qızılcar rayonunun Baytərək kəndi yaxınlığında tapılıb. Sümüyü tapan Aset Şaykin onu arxeoloq Anatoli Pleşakova təhvil verib.
Mütəxəssislər hadisə yerinə gedərək əraziyə baxış keçiriblər, amma başqa heç bir qalıq tapılmayıb.
“Bu, kifayət qədər maraqlı tapıntıdır. Sümüyün uzunluğu təqribən 1 metrdir. Onu yuxarı paleolit dövrünə - təxminən 15 min il əvvələ aid edirik. O, çox böyük bir canlıya məxsusolub. Əvvəllər də Şimali Qazaxıstan vilayətinin ərazisində qədim heyvanların qalıqları tapılıb”, - Anatoli Pleşakov bildirib.