AZ

Son 5 ildə SOCAR ın işçiləri 3 min azalıb

ain.az, Gununsesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

2025-ci il yanvarın 1-də Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) üzrə işçilərin faktiki sayı 48 min 69 nəfər təşkil edib.

Gununsesi.info xəbər verir ki, bu barədə SOCAR-ın yeni açıqlanan 2024-cü il hesabatında bildirilir.

Vurğulanır ki, 48 min 69 nəfərdən 5 min 798-i rəhbər işçi, 8 min 471-i mütəxəssis, 729-u texniki icraçı və 33 min 71-i fəhlədir. O cümlədən 17 min 805 nəfəri ali təhsillidir

Bu açıqlamanın əvvəlki illərə aid hesabatlarla müqayisəsi göstərir ki, SOCAR-da işçi sayı son bir ildə 251, beş ildə 3 min 23, 10 ildə isə 6 min 645 ştat azalıb.

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
36
icma.az

1Mənbələr