AZ

Diktator təklifi RƏDD ETDİ

Cebheinfo saytından alınan məlumata görə, ain.az bildirir.

Şimali Kore nüvə dövləti statusundan vaz keçməyəcəyini açıqlayıb. 

"Cebheinfo.az" xəbər verir ki, Şimali Koreya Mərkəzi Xəbər Agentliyinin (KCNA) məlumatına görə, ölkənin Birləşmiş Millətlər Təşkilatındakı Daimi Nümayəndəliyindən verilən açıqlamada ABŞ-nin Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) İdarə Heyətinin iclasında Şimali Koreyaya nüvəsizləşmə çağırışı edildiyi xatırladılıb. 

Açıqlamada ABŞ-nin Pxenyana açıq şəkildə müdaxilə etməsi və ölkənin suverenliyini pozan bu təxribatçı hərəkətinin qəti şəkildə qınandığı, bunun doğura biləcəyi nəticələrdən narahatlıq duyulduğu bildirilib. 

Açıqlamada “Koreya Xalq Demokratik Respublikasının (Şimali Koreya) dövlətin ən ali və əsas qanununda daimi şəkildə təsbit edilmiş nüvə silahına sahib dövlət statusu artıq geri qaytarıla bilməz” ifadəsi yer alıb. Şimali Koreya nüvə silahına sahib olmasının ABŞ-nin nüvə təhdidinə qarşı dövlətin suverenliyini və təhlükəsizliyini qorumaq, güc balansını təmin etmək üçün qaçılmaz seçim olduğunu və qlobal sülh və sabitliyin təmin edilməsində əsas rol oynadığını bildirib. 

Vaşinqton rəhbərliyinin “radikal” nüvə silahlanma addımları ilə beynəlxalq nüvə silahsızlanma rejimini pozduğu iddia edilən açıqlamada deyilir:

“ABŞ-nin bu hegemonluq axtarışı, beynəlxalq cəmiyyətin üzləşdiyi ən ciddi təhdiddir”. 

Nigar Hacılı 

"Cebheinfo.az

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
6
1
cebheinfo.az

2Mənbələr