AZ

"Müəllimlikdən anlayışı olmayan Təhsil İnstitutuna rəhbərlik edir" - Ekspertdən ETİRAZ

Təhsil İnstitutunun direktor əvəzi Elnur Əliyev deyib ki, müəllimlər adətən yuxarı öyrənmə bacarığı olan bir neçə şagirdlə işləyir, digər şagirdlər isə diqqətdən kənarda qalır.

Mövzu ilə bağlı Redaktor.az-la fikirlərini bölüşən təhsil eksperti Elşən Qafarov bildirdi ki, Təhsil İnstitutunun əsas vəzifəsi müəllimlərə yeni metodologiyalar, müasir təlim üsulları və təlim texnologiyaları təqdim etməkdir.
"Elm və Təhsil Nazirliyinin faciəsi ondadır ki, müəllim kimdir, müəllim peşəsi nədir, sinifdə dərs demək nə deməkdir, məktəb rəhbərinin rolu nədir – bunlardan anlayışı belə olmayan Elnur Əliyev ölkənin pedaqoji sahədə elmi-tədqiqat mərkəzi olan Təhsil İnstitutuna rəhbərlik edir və müəllimlikdən, təhsildən danışır.
"Əvvəla, bu, təkcə bizdə deyil, bütün ölkələrdə belədir ki, daha çox bacarığı yüksək olan şagirdlərlə işləyirlər. Amma əslində Elnur Əliyevin rəhbərlik etdiyi Təhsil İnstitutunun işi bundan ibarət olmalıdır ki, müəllimlər üçün elə metodikalar, elə metodologiyalar hazırlasın ki, müəllim yalnız yüksək nəticə göstərən şagirdlərlə yox, bütün siniflə işləyə bilsin və təhsildə bərabərlik prinsipinə əməl olunsun. Məsələ ondadır ki, Elnur Əliyev ölkənin təhsil büdcəsinin bir hissəsini təlimlərə, layihələrə, imtahanlara xərcləyir. Hər bir müəllim isə öz gücü hesabına əldə etdiyi imkanlarla daha çox nəticə verən, bacarığı yüksək olan şagirdlərə diqqət ayırmaq məcburiyyətində qalır. Halbuki Elnur Əliyevin rəhbərlik etdiyi Təhsil İnstitutunun əsas vəzifəsi müəllimlərə yeni metodologiyalar, müasir təlim üsulları və təlim texnologiyaları təqdim etməkdir ki, onlar həmin metodologiyalardan istifadə edərək bilik və bacarığı nisbətən zəif olan şagirdlərlə də işləyə bilsinlər və nəticəni yüksəltsinlər", - deyə ekspert yekunlaşdırdı.
Seçilən
21
2
yenilik.az

3Mənbələr