AZ

Azərbaycan polisinin çevik hərəkəti mümkün qanlı hadisənin qarşısını aldı Vitse spiker

Redaktor.az saytına istinadən ain.az xəbər verir.

"Dünən Xankəndinin erməni əsilli sakini, 1967-ci il təvəllüdlü Karen Avanesyanın əvvəlcədən gizlətdiyi "Kalaşnikov" avtomatını və ona aid patronla dolu 4 sandıqcanı, eləcə də 5 ədəd qumbaranı götürüb şəhərdə keçirilən tədbir yerinə yaxınlaşmaq istəyərkən polis əməkdaşları tərəfindən saxlanılan zaman 3 ədəd əl qumbarası atmaqla və avtomatdan atəş açmaqla polisə silahlı müqavimət göstərməsi fikrimcə, bütövlükdə Azərbaycan və Ermənistan arasında sülh prosesini pozmaq istəyən qüvvələrin və terror təşkilatlarının fəaliyyətinin tərkib hissələrindən biridir".

Redaktor.az xəbər verir ki, bunu Milli Məclis sədrinin müavini Musa Qasımlı bildirib.

"Normallaşma prosesini "baltalamaqdan" ötrü Ermənistanda və xarici ölkələrdə onun əleyhinə olan dairələrin bundan sonra da ən radikal addımlara - müxtəlif dövlət və ictimai obyektlərə, dövlət, siyasi və ictimai xadimlərə qarşı terror, sui-qəsd və başqa qanlı əməllərə əl atacaqları şübhə doğurmur.

Azərbaycan polisinin çevik hərəkəti mümkün qanlı hadisənin qarşısını aldı. Yaralanan polisimizə şəfa deiləyirik...", - deyə vitse-spiker əlavə edib.

Turan İSMAYIL

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
27
1
redaktor.az

2Mənbələr