AZ

Tələsik yeyən dad bilməz ... Tələsik yemək insanlarda stress, artıq çəki, fiziki və psixoloji narahatlıq yaradır

ain.az, Bizimyol saytına istinadən bildirir.

Sürətlə yemək insan sağlamlığına nə dərəcədə zərərlidir? Qidanı qəbul edərkən yavaş və çox çeynəmək lazımdır. Əbəs yerə deyilməyib ki, sağlam olmağın yolu ağızdan başlayır. Yaxşı çeynənən qida mədəyə və bağırsaqlara daha az yük düşməsini təmin edir. Yemək yeyərkən niyə tələsmək olmaz? Bunun səbəbləri və fəsadları nələrdir?

Bizimyol.info portalına mövzu ilə bağlı açıqlama verən həkim-endokrinoloq, dietoloq, nutrigenetik, NLP master Azaya Musayeva tələsik yeməyin bir neçə səbəbləri haqqında danışıb. Dietoloq bildirib ki, yavaş yemək insanı sakitliyə, diqqətə və özünə hörmətə öyrədir: “Həzm ağızda başlayır. Yeməyi yaxşı çeynəmədən udanda mədə və bağırsaqlar həddindən artıq yüklənir. Bu fizioloji səbəbdir.

Toxluq siqnalları beyinə 15-20 dəqiqəyə çatır. Tez yesək, lazım olduğundan artıq qida qəbul edirik. Beləcə tələskən yemək qıcqırma, köp, ağırlıq və digər narahatlıqlara səbəb ola bilər. Bu da mədə-bağırsaq problemlərinə gətirib çıxarır. Tələsərək yemək elə bil yarışa çevrilir. Orqanizm dadı duya bilmir, beyin isə doyum siqnalını almır. Nəticədə əlavə yemək istəyi yaranır. Bu isə psixoloji səbəbdir”.

Azaya Musayeva

Dietoloq vurğulayıb ki, yavaş yemək insanı sakitliyə, diqqətə və özünə hörmətə öyrədir: “Stress içində tələsik yemək kortizolu artırır, bu da qidanın yağ kimi yığılmasına səbəb ola bilər. İştaha və bədən çəkisini tənzimləyən iki əsas hormon var: Leptin və qrelin. Bu hormonlar aclıq və toxluq hissini idarə edir. Tələskənlikdə onlar gecikmiş siqnal verir. Beyin düşünür ki, hələ doymamışıq.

Stress içində tələsik yemək kortizolu artırır, bu da qidanın yağ kimi yığılmasına səbəb ola bilər. (xüsusən qarında və qarınətrafı hissədə) Yavaş yeyəndə bədənimizə qulaq asırıq: “Mənə indi nə lazımdır – şirin, duzlu, yüngül, yoxsa doyumlu?”

Tələsik yemək bədənlə əlaqəni kəsir, yavaş yemək isə həssaslığı və güvəni qaytarır.

Tələsik yemək stress, artıq çəki, narahatlıq yaradır. Yavaş yemək sağlamlıq, incəlik, enerji deməkdir.

Tələsik yemək qastrit və mədə xorasının riski, refleks, (qıcqırma) köklük və şəkərli diabet, ürək-damar xəstəlikləri (çünki artıq çəki artır) qəbizlik və ya həzm pozğunluqları kimi xəstəliklərin yaranmasına səbəb ola bilər”.

Günel Həsənova, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
43
41
icma.az

10Mənbələr