AZ

Sel və daşqınlar niyə artır?

ain.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Payız fəslinin yaxınlaşması ilə yağıntıların miqdarı artır və bu da hər il olduğu kimi bəzi bölgələrdə sel və daşqın təhlükəsini gündəmə gətirir.Azərbaycan Milli Elmlər Akademiyasının H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun şöbə müdiri, hidroloq alim Rza Mahmudov Metbuat.az-a açıqlamasında bildirib ki, sel və daşqın hadisələri müəyyən dövriliyə malik olmadığından ilin istənilən fəslində müşahidə oluna bilər. Onun sözlərinə görə, bu hadisələrin yaranması əsasən qısa müddətdə düşən intensiv yağıntılardan asılıdır.Alim vurğulayıb ki, selin baş verməsi üçün üç əsas amil vacibdir:“Sel və daşqınlar mənşəyinə görə fərqlənirlər. Onlar hər bir coğrafi məkanda yarana bilsə də, xüsusən dağlıq relyefə malik ölkələrdə daha çox qeydə alınır. Selin əsas səbəblərindən biri güclü və davamlı yağıntılar, qar örtüyünün əriməsidir. İkincisi, yamacların çox meyilli olması, üçüncüsü isə həmin ərazidə qaya parçaları və müxtəlif qırıntı materiallarının toplanmasıdır. Daşqın isə fərqli olaraq rejim xarakteri daşıyır və yağıntıların miqdarına bağlı şəkildə formalaşır”.R. Mahmudov əlavə edib ki, son illərdə sel və daşqınların daha tez-tez baş verməsi birbaşa iqlim dəyişmələri ilə əlaqədardır:“Su ehtiyatları iqlimdən asılıdır. İqlim dəyişikliyi nəticəsində bəzi bölgələrdə su ehtiyatları azalır, digərlərində isə yağıntılar artır. Bu isə sel və daşqın hadisələrinin intensivliyinə birbaşa təsir göstərir. Hərçənd sel hadisələri müəyyən zərərlərə səbəb olsa da, digər tərəfdən ölkənin su ehtiyatlarının artmasında da rol oynayır. Hazırda iqlim dəyişiklikləri səbəbindən çaylarımızın su ehtiyatları, eləcə də dəniz, göl və yeraltı suların səviyyəsi azalmaqda davam edir”.Hidroloqun sözlərinə görə, düzgün verilmiş proqnozlar əsasında qabaqlayıcı tədbirlər həyata keçirildiyi halda, sel və daşqınların yaratdığı fəsadları minimuma endirmək mümkündür:“Əgər proqnozlara diqqətlə əməl olunarsa, müvafiq texniki və təşkilati tədbirlər görülərək zərərlərin qarşısı xeyli dərəcədə alına bilər”. (Musavat.com)

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
6
2
demokrat.az

3Mənbələr