AZ

Türkiyənin XİN rəhbəri Dohada görüşlərini DAVAM ETDİRİR

Türkiyə XİN rəhbəri Dohada Ərəb-İslam sammiti çərçivəsində görüşlər keçirir.

İnterpress.az xəbər verir ki, bu barədə TRT Haber məlumat yayıb.

Türkiyənin xarici işlər naziri Hakan Fidan Dohada keçirilən ərəb-islam sammiti çərçivəsində görüşlərini davam etdirir.

Məlumata görə, o, yenidən Qətərin xarici işlər naziri Məhəmməd bin Əbdürrəhman əl-Tani ilə görüşüb.

Fidan, həmçinin Qətərə səfər edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla birlikdə İslam Əməkdaşlıq Təşkilatı (İƏT) və Ərəb Dövlətləri Liqasının (ƏDL) fövqəladə sammitində iştirak edəcək.

Sammit İsrailin HƏMAS liderlərinə Dohada endirdiyi hava zərbələri ilə bağlı çağırılıb.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
48
interpress.az

1Mənbələr