AZ

Netanyahu HƏMAS liderlərinə zərbə barədə: “Biz mesaj verdik”

Modern.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Qətərin paytaxtı Dohada həyata keçirilən və HƏMAS-ın yüksək rəhbərliyini hədəf alan hərbi əməliyyatın yekun nəticələri hələ araşdırılır.

Modern.az xəbər verir ki, bunu İsrail baş naziri Benyamin Netanyahu ABŞ-ın dövlət katibi Marko Rubionun İsrailə səfəri zamanı keçirilən birgə mətbuat konfransında deyib.

“Biz hələ də yekun hesabatları toplayırıq”, - deyə Netanyahu əməliyyatın nəticələri ilə bağlı suala cavab verib.

Netanyahu Dohanın bombalanmasını uğursuz əməliyyat kimi qiymətləndirməkdən imtina edib. Onun sözlərinə görə, əsas məqsəd İsrailin düşmənlərinə mesaj göndərmək olub:

“Bu hücumun əsas nəticəsi budur: İsrailin düşmənləri bilməlidir ki, onlar heç yerdə cəzasız qalmayacaqlar”.

Qeyd edək ki, əməliyyat 2025-ci il 9 sentyabrda, ABŞ prezidenti Donald Trampın Qəzza sektorunda atəşkəs təklifinin müzakirə edildiyi görüş zamanı baş tutub. HƏMAS-ın Dohadakı qərargahına zərbə endirilib.

Əməliyyat zamanı 15 İsrail qırıcı təyyarəsi və pilotsuz uçuş aparatları iştirak edib. İsrail bu əməliyyatı 7 oktyabr 2023-cü il HƏMAS-ın İsrailə hücumuna və 8 sentyabr 2025-ci il Qüdsdə törədilən terror aktına cavab olaraq həyata keçirdiyini bildirib.

İsrailin rəsmi məlumatına görə, hava zərbəsi nəticəsində 6 nəfər həlak olub. Onlardan 5-i HƏMAS-la əlaqəli, biri isə Qətərin təhlükəsizlik xidmətinin əməkdaşı olub:

Cihad Labad – HƏMAS lideri Xalil əl-Hayyanın aparat rəhbəri

Hamam Xalil əl-Hayya – Xalil əl-Hayyanın oğlu

Abdalla Abd əl-Vahid – texniki heyət üzvü (müşavir və ya mühafizəçi)

Muamen Hassuna – texniki heyət üzvü (müşavir və ya mühafizəçi)

Əhməd Abd əl-Maleka – texniki heyət üzvü (müşavir və ya mühafizəçi)

Bədr Saad Məhəmməd əl-Humaidi əd-Dosari – Qətər təhlükəsizlik xidmətinin aşağı rütbəli əməkdaşı

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
0
4
modern.az

5Mənbələr