AZ

Bilik Günü münasibətilə YAP Laçın rayon təşkilatı tədbir keçirib -Foto



15 sentyabr – Bilik Günü münasibətilə Yeni Azərbaycan Partiyası (YAP) Laçın rayon təşkilatının məsləhətçisi Quliyev Kənan Laçın rayonunun Taxtakörpü qəsəbə tam orta məktəbində olub. O, məktəbin müəllim və şagird kollektivini, xüsusilə də birinci sinfə qədəm qoyan balacaları təbrik edib.
Kənan Quliyev çıxışında YAP Laçın rayon təşkilatının sədri İlqar İlyasovun təbriklərini çatdıraraq müəllimlərə maarifçilik fəaliyyətlərində uğurlar, şagirdlərə isə savadlı və vətənpərvər vətəndaş olmalarını arzulayıb.
O, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə təhsilin inkişafına göstərilən diqqət və qayğını, həmçinin Birinci vitse-prezident Mehriban Əliyevanın bu sahədə həyata keçirdiyi layihə və təşəbbüsləri vurğulayıb. Bildirilib ki, 44 günlük Vətən müharibəsindən sonra işğaldan azad edilən ərazilərdə – Qarabağ və Şərqi Zəngəzurda artıq Bilik Günü qeyd olunur və bu, Böyük Qayıdış proqramının real nəticəsidir.
Qeyd olunub ki, 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə əlaqədar olaraq, bu il ümumtəhsil məktəblərinin II–IV siniflərində ilk dərslər məhz bu mövzuya həsr olunacaq.
Tədbirin sonunda xatirə şəkilləri çəkilib. Yeni dərs ili məktəb kollektivi üçün sevinc dolu və ruhlandırıcı bir başlanğıc olub.



Seçilən
16
aia.az

1Mənbələr