AZ

4 nəfərlik ailənin qətli – 18 nəfər HƏBS edildi — TƏFƏRRÜAT

Batmanın Beşiri rayonunda kənd yolunda gedən yüngül ticarət maşınına silahlı basqın nəticəsində həlak olan Mehmet Şanlı (65), həyat yoldaşı Takibe (43) və uşaqları Elanur (9) və Akıncan Şanlı (6) torpağa tapşırılıb.

Tribunainfo.az “Son Dakika” xəbər agentliyinə istinadən bildirir ki, hadisə ilə bağlı aparılan istintaqda saxlanılanların sayı 18-ə çatıb.

Hadisə ötən gün axşam saatlarında Beşiri rayonu Əskixamur kəndinə gedən yolda baş verib. Mehmet Şanlının idarə etdiyi yüngül ticari avtomobilə pusqu quran şəxs və ya şəxslər tərəfindən atəş açılıb.

Hücum zamanı Şanlı, həyat yoldaşı Takibe Şanlı, qızları Elanur və oğulları Akıncan Şanlı hədəf alınıb. Xəbərdən sonra hadisə yerinə çoxlu sayda tibb və jandarma qrupları göndərilib. Müayinə zamanı avtomobildə olan cütlüyün və uşaqlarının öldüyü müəyyən edilib.

Hadisə ilə bağlı başladılan istintaq çərçivəsində bir gecədə 4 şübhəli yaxalanaraq nəzarətə alınıb. Baş Prokurorluğun apardığı çoxşaxəli istintaq tədbirləri çərçivəsində bu gün səhər saatlarında isə əlavə 14 şübhəli saxlanılıb.

Dəniz Pənahova

Seçilən
49
1
tribunainfo.az

2Mənbələr