Amerikanın İsraildən, İsrailin də Amerikadan yaxşı müttəfiqi yoxdur.
Bunu İsrail Baş naziri Benyamin Netanyahu ABŞ dövlət katibi Marko Rubio ilə birgə mətbuat konfransında deyib.
Netanyahu bildirib ki, Rubionun səfəri ABŞ-ın İsrailə dəstəyinin aydın mesajıdır.O, Trampı Ağ Ev tarixində İsrailin ən yaxşı dostu adlandırıb.
İsrail Baş naziri Qətərdə HAMAS liderlərinə hücum barədə də danışıb:
“Qətərdə HAMAS liderlərini bombalamaq qərarımız İsrailin müstəqil qərarı idi və hücuma görə bütün məsuliyyəti öz üzərimizə götürürük”, - o vurğulayıb.