AZ

“NATO Rusiya ilə müharibə aparır, bu faktdır” – Peskovdan sensasion açıqlama

Kremlin mətbuat katibi Dmitri Peskov bəyan edib ki, NATO faktiki olaraq Ukrayna müharibəsində tərəfdir.

Musavat.com xəbər verir ki, Peskov Polşanın xarici işlər naziri Radoslav Sikorskinin “NATO Rusiya ilə vuruşmur” sözlərini şərh edərkən belə deyib:

“NATO de-fakto bu müharibədə iştirak edir. Kiyevə həm dolayı, həm də birbaşa dəstək göstərməklə alyansın bu qarşıdurmada iştirakı artıq sübuta ehtiyac duymur”.

Kreml sözçüsü əlavə edib ki, Rusiya Ukrayna böhranını siyasi-diplomatik yolla həll etməyə hazırdır, lakin danışıqlarda açıq-aydın fasilə yaranıb. Onun sözlərinə görə, Avropa münaqişənin əsas səbəblərinin həllinə diqqət yetirmək istəmir, həm Kiyev, həm də Avropa yüksək səviyyəli görüşün hazırlığına hazır deyil.

Peskov həmçinin Qərbdə müzakirə olunan Moskvanın dondurulmuş aktivlərinin müsadirəsi mövzusuna da toxunaraq xəbərdarlıq edib: “Əgər bu addım atılarsa, Rusiya hüquqi tədbirlər görəcək və öz mülkiyyətini müdafiə edəcək”.

Musavat.com

Seçilən
14
4
musavat.com

5Mənbələr