AZ

"Naxçıvan"dan "Şəki"yə transfer

"Şəki" amerikalı basketbolçu transfer edib.

İdman.biz xəbər verir ki, bu barədə bölgə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Ötən mövsüm "Naxçıvan" komandasında çıxış etmiş, bir çox ölkələrdə legioner təcrübəsi yaşamış amerikalı Devon Cenkinslə müqavilə imzalanıb.

2.01 metr boya malik 30 yaşlı hücumçu daha əvvəl Çili, Finlandiya, İslandiya, Kosovo, Şimali Makedoniya, Monteneqro, Serbiya və Slovakiya çempionatlarında oynayıb.

İdman.biz

Seçilən
45
6
idman.biz

8Mənbələr