AZ

Ticarət-əyləncə komplekslərində terror aktları ilə mübarizəyə dair layihə həlləri müəyyənləşib

Bakı. Trend:

“Ticarət-əyləncə kompleksləri. Layihələndirmə normaları” təsdiqedilib.

Trend-inməlumatına görə, bununla bağlı Dövlət Şəhərsalma və ArxitekturaKomitəsinin sədri Anar Quliyev müvafiq qərar imzalayıb.

Qərarda terror aktları ilə mübarizəyə dair layihə həlləri də özəksini tapıb.

Belə ki, terror aktları ilə mübarizəyə dair layihəhəllərində aşağıdakı müddəalar əks olunmalıdır:

  • obyektin antiterror mühafizəsinin vəziyyətinə əhəmiyyətli təsirgöstərən xüsusiyyətləri, o cümlədən: eyni vaxtda 50 və daha çoxinsanın olması mümkün olan yerləşgələrin siyahısı; eyni vaxtda 50və daha çox insanın yerləşgələrə tərəf hərəkəti mümkün olan piyadayolları; eyni vaxtda 50 və daha çox insanın toplaşması mümkün olanyerləşgələrə aparan liftlər və pilləkənlər də daxil olmaqla şaqulinəqliyyat kommunikasiyaları;
  • binaya giriş qruplarında və obyektin ərazisinin girişzonalarında partlayıcı qurğuların, silahların, döyüş sursatlarınınvə terror aktlarının törədilməsinin digər vasitələrinin aşkaredilməsi üçün texniki vasitələrlə təchiz edilməsi üzrə texnikihəllər;
  • insanların və avtomobil nəqliyyatının obyektin ərazisinə vəayrılmış zonalarına buraxılması alqoritmlərinin müəyyənedilməsi;
  • terror aktlarına qarşı mübarizə üzrə texniki vasitələrinintəsviri, onların təyinatı və əsas texniki xüsusiyyətləri.
Seçilən
34
2
az.trend.az

3Mənbələr