AZ

Azərbaycanın stolüstü tennisçiləri beynəlxalq turnirdə iştirak edəcəklər

Bakı, 15 sentyabr, AZƏRTAC

Azərbaycanın stolüstü tennisçiləri Türkiyədə keçiriləcək “WTT Feeder Cappadocia” turnirində iştirak edəcəklər.

Stolüstü Tennis Federasiyasından AZƏRTAC-a bildirilib ki, ölkəmizi yarışda Hilal Həsənov, Nihad Məmmədov, Adil Əhmədzadə, Rüstəm Hacılı, Onur Quluzadə, Zemfira Mikayılova, Ləman Abdulhəmidova, Aylin Əsgərova, Mərziyyə Nurmətova və Yağmur Məmmədli təmsil edəcəklər.

Sentyabrın 16-da startı veriləcək beynəlxalq turnirə ayın 20-də yekun vurulacaq.

Seçilən
26
3
azertag.az

4Mənbələr