AFFA-nın Yarışların Təşkili Departamentinin rəhbəri Emin Cəfərov UEFA tərəfindən təyinat alıb.
Moderator.az qurumun rəsmi saytına istinadən xəbər verir ki. O, UEFA Gənclər Liqasının Liqa mərhələsinin I turu çərçivəsində sentyabrın 17-də keçiriləcək “Slaviya” (Çexiya) – “Bodo-Qlimt” (Norveç) oyununun UEFA nümayəndəsi olacaq.
Qarşılaşma Praqadakı Radotin İdman Mərkəzində təşkil olunacaq.