AZ

Türkmənistan məktəblərində koreya və yapon dilləri tədris olunacaq

BAKI, 15 sentyabr. TELEQRAF

Türkmənistanda ümumtəhsil məktəblərinin IX sinifləri üçün iki yeni dərslik nəşr olunub - “Koreya dili” və “Yapon dili”.

Teleqraf xəbər verir ki, bu barədə Türkmənistan mətbuatı məlumat yayıb.

Ölkənin Təhsil Nazirliyindən yerli KİV-ə bildirilib ki, bu, tədris prosesində rəqəmsal texnologiyaların tətbiqi üzrə genişmiqyaslı proqramın tərkib hissəsidir:

“Hər iki dərs vəsaiti müasir metodik tələblərə uyğun hazırlanıb, mətnlər və lüğətlər üçün audiomateriallarla təchiz edilib ki, bu da dinləmə bacarıqlarının və şifahi nitq təcrübəsinin inkişafına töhfə verir.

“Koreya dili” dərsliyinə müxtəlif tapşırıqlar, atalar sözləri, şeir və tapmacalar, rəngarəng illüstrasiyalar daxildir.

“Yapon dili” dərsliyi ailə, cəmiyyət və mədəniyyət sahələrini əhatə edən 8 tematik fəsildən ibarətdir. Nəşrdə ikidilli lüğət və materialın birləşdirilməsi üçün praktiki tapşırıqlar var.

Bu dərsliklərin nəşri tələbələrin xarici dilləri öyrənməyə marağını artırmaq və onların təhsil imkanlarını genişləndirmək məqsədi daşıyır”.

Seçilən
15
teleqraf.com

1Mənbələr