AZ

Şərqi Zəngəzurda NEÇƏ şagird təhsil alacaq?

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Şərqi Zəngəzurda yeni dərs ilində təhsil alacaq şagirdlərin sayı məlum olub.
Oxu.Az-ın sorğusuna cavab olaraq Şərqi Zəngəzur Regional Təhsil İdarəsindən bildirilib ki, bölgədə fəaliyyət göstərən məktəblərdə ümumilikdə 861 şagird təhsil alacaq.
Məlumata əsasən, şagirdlərin bölgüsü belədir:
Laçın şəhəri 2 nömrəli tam orta ümumtəhsil məktəbində məktəbəhazırlıq qrupuna 15, I sinfə 11, II-XI siniflərə 140 şagird qəbul olunub. Ümumi şagird sayı 166 nəfərdir.
Laçın rayonu Ədalət Məmmədov adına Zabux kənd tam orta ümumtəhsil məktəbində məktəbəhazırlıq qrupunda 14, I sinifdə 9, II-XI siniflərdə isə 77 şagird təhsil alacaq. Ümumi şagird sayı 100 nəfərdir.
Laçın rayonu Sus kənd tam orta ümumtəhsil məktəbində məktəbəhazırlıq qrupunda 5, I sinifdə 2, II-XI siniflərdə 49 şagird olacaq. Cəmi 56 nəfərdir.
Zəngilan rayonu Ağalı kənd tam orta ümumtəhsil məktəbində məktəbəhazırlıq qrupuna 15, I sinfə 14, II-XI siniflərə 155 şagird qəbul olunub. Ümumi şagird sayı 184 nəfər təşkil edir.
Cəbrayıl şəhəri Mehdi Mehdizadə adına tam orta ümumtəhsil məktəbində məktəbəhazırlıq qrupunda 27, I sinifdə 32, II-XI siniflərdə isə 253 şagird oxuyacaq. Cəmi 312 nəfərdir.
Kəlbəcər rayonu Bəhmən Cəfərov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbində məktəbəhazırlıq qrupunda 4, I sinifdə 1, II-XI siniflərdə 38 şagird olacaq. Ümumi şagird sayı 43 nəfərdir.
Məhərrəm Əliyev
Seçilən
23
1
oxu.az

2Mənbələr