AZ

RUSİYANIN NEFT SƏNAYESİ ZƏİFLƏYİR » AzadMedia.az

RUSİYANIN

Ukrayna hərbi qüvvələri Rusiyanın neft bazalarına aviazərbələr endirməklə bu ölkənin neft sənayesini əhəmiyyətli dərəcədə məhdudlaşdırıb.
Bu barədə Ukrayna prezidenti Volodimir Zelenski açıqlama verib.
O bildirib ki, “Rusiyanın Ukraynadakı müharibəsi əsasən neft, qaz və digər enerji resurslarından asılıdır”.
Onun sözlərinə görə, “ən təsirli, sürətli nəticə verən sanksiyalar Rusiyanın neftayırma zavodlarına, terminallarına və yanacaq anbarlarına tətbiq olunan sanksiyalardır”.

Rusiya rəsmiləri Ukrayna ordusunun Rusiyanın ən böyük neftayırma zavodlarından biri - Kiriş neft emalı zavoduna zərbə endirdiyini təsdiqləyiblər.
Bu müəssisə ildə təxminən 17,7 milyon ton, yaxud gündəlik 355 min barrel xam neft istehsal edir.
Ukrayna son bir neçə həftədir ki, Rusiyanın enerji infrastrukturu hədəfə alır.

Qeyd edək ki, Rusiya hələ də dünyanın ikinci ən böyük neft ixracatçısı olaraq qalır.
Lakin mövsümi tələbatın artması və Ukraynanın davamlı dron hücumları ölkədə benzin qıtlığı yaradıb.
Bəzi bölgələrdə yanacaqdoldurma məntəqələri tamamilə bağlanıb, sürücülər uzun növbələrdə gözləməli olub, hökumət isə satışa məhdudiyyətlər və ya tam qadağalar tətbiq edib.
Qıtlığı azaltmaq üçün Rusiya benzin ixracını dayandırıb. Rəsmilər çərşənbə günü bəyan ediblər ki, ixraca sentyabrın 30-dək tam qadağa qoyulur, treyderlər və vasitəçilər üçün isə oktyabrın 31-dək qismən məhdudiyyət qüvvədə olacaq.

Seçilən
18
1
azadmedia.az

2Mənbələr