AZ

Mobil rabitə gəlirləri artıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda mobil telefon rabitəsi xidmətlərindən 825,9 milyon manat gəlir əldə edilib.

Bakıvaxtı.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,1 % çoxdur.

Təkcə avqustda isə adıçəkilən xidmətlərdən 123,3 milyon manat gəlir əldə olunub ki, bu da 1 il əvvələ nisbətən 11,9 % çoxdur.

2024-cü ildə Azərbaycanda mobil telefon rabitəsi xidmətlərindən 1 milyard 235 milyon manat gəlir əldə edilib. Bu, 2023-cü illə müqayisədə 6,7 % çoxdur.

Seçilən
39
1
bakivaxti.az

2Mənbələr