AZ

Paşinyan: “Bu gün bizə xain desinlər, əsas odur ki...”

Öz evini kadastr xəttin daxilində tikmisən, amma xarici divarlarına qonşunun sahib olduqlarına layiq olmadığını düşündüyünü əks etdirən bir rəsm çəkirsən. Hər bahar da bu rəsmi yeniləyir, yeni elementlər əlavə edirsən”.

Musavat.com xəbər verir ki, bunu “Əhatəli təhlükəsizlik və qarşıdurma – 2025” adlı beynəlxalq konfransda Ermənistanın baş naziri Nikol Paşinyan bildirib.

“Gəlin təsəvvür edək ki, hər səhər qonşunun evinin təzələnmiş divarında belə bir şəkil görürük ki, biz yaşadığımız evə layiq deyilik. Bu, əsəb yaradacaq, mübahisə, qarşıdurma, hətta müharibə doğuracaq. Bu gün bir çoxları anlamır ki, niyə biz açıq şəkildə elə qərarlar qəbul edirik ki, bunlara görə alqışlanmırıq. Bizim vəzifəmiz ‘sülh’ və ‘təhlükəsizlik’ təmin etmək deyil, sonra da 10 ildən sonra növbəti partlayış baş verəndə nargilə ilə çıxış edib: ‘Baxın, biz demişdik…’ söyləmək deyil. Bizim vəzifəmiz elə qərarlar qəbul etməkdir ki, ölkənin legitim sərhədləri daxilində təhlükəsizliyini yalnız bu gün deyil, yüzilliklər üçün təmin etsin. Bizim vəzifəmiz ölkəni kiminsə cibinə atmaq, sonra da müsahibələrdə vaxtilə necə ağıllı addımlar atdığımız barədə danışmaq deyil. Qoy bu gün bizə “xain” desinlər, amma bizim addımlarımız nəticəsində 50–100 ildən sonra Ermənistan dövlət olaraq qalacaq”, – deyə Paşinyan vurğulayıb.

Musavat.com

Seçilən
44
8
musavat.com

10Mənbələr