AZ

Mikayıl Cabbarov Zaqrebdə keçirilən dünya çempionatında medal qazanan güləşçiləri təbrik edib

Azərbaycan Güləş Federasiyasının prezidenti Mikayıl Cabbarov Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən dünya çempionatında medal qazanan güləşçiləri təbrik edib.

Operativ Media xəbər verir ki, bu barədə Mikayıl Cabbarov öz "X" hesabında paylaşım edib.

"Xorvatiyanın Zaqreb şəhərində keçirilən dünya çempionatında ilk medalçılar müəyyənləşib. Sərbəst güləş üzrə milli komandamızın 3 üzvü fəxri kürsüyə qalxıb. Giorgi Meşvildişvili (125 kq) gümüş, Nürəddin Novruzov (61 kq) və Arseniy Djioyev (86 kq) isə bürünc medal qazanıb. Böyük əzmkarlıqla bu uğura imza atan güləşçilərimizi, məşqçilərimizi və idmançıların ailə üzvlərini təbrik edirik. İnanırıq ki, bu uğurların davamı qarşıdakı günlərdə də gələcək", - deyə federasiya rəhbəri bildirib.

Seçilən
13
8
operativmedia.az

9Mənbələr