AZ

Türkmənistan: Mübahisələr güc yolu ilə həll edilməməlidir

BAKI, 15 sentyabr. TELEQRAF

Türkmənistan xarici işlər naziri Rəşid Meredov Ərəb Dövlətləri Liqası və İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin xarici işlər nazirlərinin Qətərin paytaxtı Dohada keçirilən fövqəladə iclasında iştirak edib.

Teleqraf xəbər verir ki, bu barədə Türkmənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Nazirlik bildirib ki, Türkmənistan Qətərdə baş vermiş hadisələrlə bağlı rəsmi mövqeyini ifadə edərək, beynəlxalq mübahisələrin həlli üçün güc tətbiqinin yolverilməzliyini, bunun BMT Nizamnaməsinin prinsiplərinə və beynəlxalq hüququn hamılıqla tanınmış prinsiplərinə zidd olduğunu vurğulayıb.

Xatırladaq ki, İsrail sentyabrın 9-da Qətərin paytaxtı Dohaya hava zərbələri endirib. Hücum zamanı Fələstinin HƏMAS Hərəkatının liderlərinin öldürüldüyü bildirilib.

Seçilən
38
teleqraf.com

1Mənbələr