AZ

“Azərbaycan dili-tat dilinin ləhcələri lüğəti” üzərinndə iş başa çatıb

Azərbaycan polietnik və çoxkonfessiyalı bir ölkədir. Burada sayca çoxluq təşkil edən Azərbaycan türkləri ilə yanaşı azsaylı xalqların nümayəndələri mehribanlıq və qarşılıqlı hörmət şəraitində yaşamaqdadırlar.

QHT.az xəbər verir ki, bu barədə filologiya üzrə fəlsəfə doktoru Dadaş Əliyev məlumat verib. Onun sözlərinə görə, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə  vəsaiti hesabına və “Azəri” Tat Mədəniyyət Mərkəzi İctimai Birliyinin icra etdiyi  “Dilimiz varlığımızdır: tat dilinin müxtəlif ləhcələrini özündə ehtiva  edən lüğətin hazırlanması və nəşri” layihəsi çərçivəsində nəşr ediləcək. Belə ki, lüğət artıq tam tərtib olunub, elektron variantı hazırlanıb. Rəylər alınıb nəriyyata təqdim olunacaq. Bu Azərbaycan Respublikasında milli siyasətdə olan tolerantlıq və multikulturalizm xəttinin aydın təzahürü kimi qiymətləndirilməlidir.

Lüğətin tərtibi və nəşrində məqsəd tat dilinin unudulmaqda olan sözlərini işlək vəziyyətə gətirmək, habelə hazırda Azərbaycan Respublikasında tatdilli şagirdlərin oxuduğu məktəblərin ibtidai siniflərində həm tat dilini öyrənən şagirdlərə, həm də onu tədris edən müəllimlərə kömək etməkdir. Lüğətdə həmçinin  tat dili ləhcələrinin leksik ehtiyatı müqayisəli şəkildə göstərilmiş və bununla da tat dili ilə bağlı elmi tədqiqatlara,  tat dilinin tədrisi prosesinə, habelə sərbəst öyrənmək istəyənlərə əlavə imkanlar yaradılmışdır. Lüğət Azərbaycan dilində olan sözlərin  tat dilinin ləhcələrində verilməsi əsasında formalaşmışdır. Lüğətin tərtibi zamanı sözlərin 3 əsas ləhcədə: Şimal, Mərkəz və Cənub ləhcələrində qarşılıqları verilmişdir. Burada tat dilinin müxtəlif ləhcələrinə aid unudulmuş qeyri-fəal leksik vahidlər, spesifik söz variantları ilə yanaşı, tat dilinin quruluşu (fonetika, leksika və qrammatikası) haqqında yığcam məlumatlar verilmiş və bu zaman daha çox Cənub ləhcəsinə istinad edilmişdir.

Bir sözlə, azsaylı xalqların dili və mədəniyyətinə dövlət tərəfindən göstərilən qayğının və dəstəyin nəticəsi olan bu nəşr ölkəmizdəki xalqların multikultural və tolerant mühitdə yaşadıqlarını bütün dünya üçün hər zaman nümünə olduğunu təsdiqləyir.

Seçilən
1
4
qht.az

5Mənbələr