AZ

Kadırovun böyrəkləri işləmir - İDDİA

Çeçenistan rəhbəri Ramzan Kadırovun səhhətində ciddi problemlərin yarandığı və bu səbəbdən onun respublikanın idarəçiliyindəki rolunun azaldığı bildirilir.

Modern.az xəbər verir ki, məlumatı "Unian" yayıb.

Məlumata görə, həm Rusiya, həm də Çeçenistan mediasında Kadırovun sağlamlıq durumunun pisləşməsi ilə bağlı xəbərlər son vaxtlar daha tez-tez gündəmə gəlir. Jurnalist İrina Mişina qeyd edib ki, son videolarda Kadırov xeyli arıqlamış görünür, çətinliklə hərəkət edir və səhhətinin narahat olduğu təsirini bağışlayır. Onun məlumatına görə, Qroznıdakı mənbələr Kadırova böyrək problemləri səbəbindən nefrostoma (sidiyin böyrəkdən xaric edilməsini təmin aparat) quraşdırıldığını təsdiqləyiblər.

Mişinanın iddiasına əsasən, səhhətindəki bu ağırlaşma səbəbindən Kadırov faktiki olaraq idarəçilikdən kənarda qalıb. Respublika hökumətinə rəhbərlik və əsas səlahiyyətlər baş nazir Maqomed Daudova ötürülüb. Güc strukturlarına nəzarətin isə onun oğlu Adəm Kadırovun əlinə keçəcəyi ehtimal olunur.

Avqustun əvvəlində yerli telekanallar Kadırovun Qroznıda Putin adına salınan mikrorayondakı tikinti işlərinə baxdığı barədə görüntülər yayımlayıb. Kadırovun çəkilişdə yavaş hərəkət etməsi və narahat görünməsi diqqətdən qaçmayıb. Sentyabrda isə onun təhsil mərkəzinə ziyarəti ilə bağlı yayımlanan süjetdə operatorların uzaqdan və qısa kadrlarla kifayətlənməsi əlavə şübhələr doğurub.

Qeyd edək ki, nefrostoma adətən ağır böyrək xəstəliklərində tətbiq olunur. Bu tibbi müdaxilə xəstənin həyatını uzun müddət davam etdirməyə imkan versə də, fiziki aktivliyin azalmasını və ehtiyatlı həyat tərzini tələb edir.

Seçilən
14
5
modern.az

6Mənbələr