AZ

Meyvələrin gizli zərərləri: hansılarını çox yemək olmaz?

Endokrinoloq və immunoloq Gulnara Filatova bəzi meyvələrin sağlamlıq üçün potensial təhlükələrindən danışıb.

Azreform.info xəbər verir ki, o, bu barədə "Lenta.ru"-ya açıqlamasında danışıb.

Onun sözlərinə görə, xüsusilə üzüm, banan və qovun diqqətlə istehlak edilməlidir:

“Adətən meyvələr sağlamlığın simvolu kimi qəbul olunur, amma onlar həmişə yalnız fayda vermir. Burada təkcə qida dəyəri yox, həm də miqdar və insanın orqanizminin vəziyyəti rol oynayır”.

Həkim qeyd edib ki, üzüm zərərsiz görünsə də, cəmi bir ovucu belə mədəaltı vəzi və qaraciyərə ciddi yük ola bilər: "Çünki üzümdə çoxlu miqdarda qlükoza və fruktoza var. Bu isə qanda şəkərin sürətlə qalxmasına səbəb olur və artıq çəkisi, şəkərli diabeti və ya predia­beti olan insanlar üçün risk yaradır".

Endokrinoloq bananı da “mübahisəli” meyvələrdən adlandırıb:

“Bananı çoxları sağlam qəlyanaltı və ya şirniyyat əvəzi kimi görür. Amma əslində bananın qlikemik indeksi yüksəkdir, bu da qanda şəkərin sürətlə qalxmasına gətirir. Maddələr mübadiləsi pozulmaya meyilli insanlarda və az hərəkətli həyat tərzi keçirənlərdə banan artıq kalori mənbəyinə çevrilir.

Bundan başqa, bananın tərkibində çox kalium olduğu üçün böyrək problemi olan insanlar üçün də təhlükəli ola bilər".

Həkim qovunu da riskli meyvələr sırasında göstərib. Onun sözlərinə görə, qovun çox vaxt həddindən artıq yeyilir və bu da qanda qlükozanın kəskin dəyişməsinə səbəb olur:

"Bundan əlavə, qovunun çox sulu olması və başqa məhsullarla birlikdə yeyilməsi qarında köp və həzm narahatlığına gətirib çıxara bilər. Bu xüsusən həssas mədəsi olan və ya bağırsaq mikroflorası pozulmuş insanlarda özünü daha çox göstərir".

Həmidə İbrahimova

Seçilən
34
2
azreform.info

3Mənbələr