AZ

Hamburger və dondurma deyənlər cəzalanacaq - ŞOK QADAĞA

Şimali Koreya lideri Kim Çen In ölkədəki tur bələdçilərinə hamburger və dondurma sözlərindən istifadə etməyin qadağan olunduğunu elan edərək, qəribə qadağalarının sayını artırıb. 


Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Şimali Koreya lideri Kim ölkəsinin məhdudiyyətlər siyahısına daha bir qadağa əlavə edib. Əvvəllər hotdoqları və boşanmaları qadağan edən və bunu edənləri həbs edəcəyini açıqlayan Kim, fövqəladə qadağalarını davam etdirir.

O, “hamburger” və “dondurma” sözlərinin yerinə işlənəcək sözləri açıqlayıb.
Hökumətin tur bələdçilərinə dondurma üçün hamburger və “eseukimo” (Eskimo) əvəzinə “dajin-qogi gyeopppang” (qiymə ilə ikiqat çörək) demələrini tapşırdığı öyrənilib.

Seçilən
6
manset.az

1Mənbələr