AZ

Rezidentura haqqında yeni Əsasnamə hazırlanır

Rezidentura haqqında yeni Əsasnamə hazırlanır, dəyişikliklər olacaq.

“Hazırda onların maaşı 550-575 manat arasındadır”

FED.az xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında komitənin sədri Əhliman Əmiraslanov deyib.

Komitə sədri bildirib ki, hazırda yan ixtisaslar rezidenturada yoxdur: “Ancaq bu gün Türkiyədə, dünyada mövcud olan qanunlara əsasən, kimsə onkoloq olmaq istəyirsə, cərrahiyyə üzrə rezidenturaya gedir, bitirəndən sonra yan ixtisas kimi 1-3 il ərzində təhsilini davam etdirir. Azərbaycanda da elə ola bilər. Onkoloq radioloq, döş qəfəsi, beyin üzrə onkoloq kimi ixtisaslar olacaq. Səhiyyə Nazirliyində artıq bu istiqamətdə iş gedir. Maaşlarla bağlı məsələ də yeni Əsasnamədə öz əksini tapacaq”. (Apa)

Seçilən
26
7
fed.az

9Mənbələr