ain.az, Moderator.az portalına istinadən məlumat verir.
Dayanacaqda dayanan qadına söz atan taksi sürücüsü ona irad bildirən şəxsi döyüb. Nəticədə həmin şəxsin burnu və dişləri sınıb.
Moderator.az Musavat.com-a istinadən xəbər verir ki, hadisə Binə qəsəbəsi, Atçılıq yeni yaşayış massivi ərazisindəki dayanacaqda baş verib.
Taksi fəaliyyəti ilə məşğul olan 2003-cü il təvəllüdlü Pünhan yol kənarında dayanan xanıma yaxınlaşaraq ona sataşıb. Bunu görən 35 yaşlı Azad Pünhana irad bildirib, xanımla qonşu olduğunu deyib. Onlar arasındakı mübahisə davaya çevrilib. Pünhan maşından götürdüyü küt alətlə Azadın sifət nahiyəsinə bir zərbə vurub. Zərbənin təsirindən Azadın burnu və dişləri sınıb. Pünhan maşınına əyləşərək hadisə yerindən uzaqlaşıb.
Azad ifadəsində Pünhanın onu beşbarmaqla vurduğunu deyib. Pünhan isə əlində heç nə olmadığını deyib. Araşdırma zamanı ərazidəki kamera görüntüsünə də baxılıb. Kamera görüntüsündə Pünhanın maşından nəsə götürərək Azada yaxınlaşdığı, ona zərbə vurduğu müəyyən edilib. Lakin onun əlindəki küt alətin nə olduğu kameradan aydın görünmür.
Zərərçəkmiş Azad Pünhandan şikayətçi olduğunu və ona ağır cəza verilməsini istəyib. İstintaq dövründə ev dustaqlığında olan Pünhan məhkəmə zalında həbs edilib.
Xuliqanlıqda və qəsdən sağlamlığa yüngül zərər vurmaqda ittiham olunan Pünhan 3 il müddətinə azadlıqdan məhrum edilib.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.