AZ

Adil Vəliyev: Rezidentlərin maaşı həkimlərin tarif maaşına bərabərdir

Hər bir təhsil alan rezidentə düşən illik vəsait hazırda 8600 manatdır.

APA xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında parlamentin Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev deyib.

Şöbə müdiri rezidentlərin maaşının az olması barədə iddialara da münasibət bildirib: "Nazirlər Kabinetinin 2024-cü il 6 sentyabr tarixli qərarı ilə hər bir təhsil alan rezidentə düşən illik vəsait 5600 manatdan 8600-ə qaldırılıb. Onların aylıq vəzifə maaşı həkimlərin tarif maaşına bərabərdir, yəni bu rəqəm hazırda 550-575 manat arasındadır. Bu da onların dərəcələrinə görə dəyişir. Həkimlərin də tarif maaşı 550-700 manat arasındadır”.

Seçilən
64
6
apa.az

7Mənbələr