AZ

Lukaşenko: Qərbin siyasəti getdikcə aqressivləşir

Belarus prezidenti Aleksandr Lukaşenko “Razvedçik” jurnalına müsahibəsində bildirib ki, Qərb dövlətlərinin Belarusa qarşı qeyri-dost siyasəti artıq açıq aqressiv xarakter alır.

Doğru.az xəbər verir ki, Lukaşenko İkinci Dünya Müharibəsinin bitməsindən 80 il keçsə də, Qərbdə hələ də Belarus və onun müttəfiqlərinin təhlükə hesab olunduğunu deyib:
“Bu brend altında NATO Avropanı silahlandırır, Polşa və Baltikyanı ölkələr isə ağalarını razı salmaq üçün guya qoruyucu tədbirlər icad edirlər. Qərbin bizə qarşı siyasəti getdikcə aqressivləşir”.

Lider Ottava Konvensiyasından çıxmaq, sərhədlərin minalanması və hasarların qurulmasını respublikaya təzyiq cəhdi kimi qiymətləndirib. Onun sözlərinə görə, bu sərmayələrin nəticəsi yoxdur:
“Onlar milyonlarla dollar sərmayə qoyublar, yarısını oğurlayıblar, sərhədləri minalayıblar, orduları texnika ilə doldurublar. Bəs nəticə nədir?”

Xatırladaq ki, bundan əvvəl Rusiya XİN sözçüsü Mariya Zaxarova Polşanın Belarusla sərhədi bağlamaq qərarının beynəlxalq tərəfdaşlara ziyan vuracağını demişdi. Polşanın daxili işlər naziri Marçin Kervinski isə bu addımı müvəqqəti tədbir adlandırıb.

DOĞRU.AZ

Seçilən
21
1
dogru.az

2Mənbələr