AZ

Cinayətkar əfqanlar ölkədən çıxarılır

Almaniyanın daxili işlər naziri Aleksandr Dobrindt cinayət törətmiş Əfqanıstan vətəndaşlarının ölkədən deportasiyası ilə bağlı Talibanla danışıqların davam etdiyini təsdiqləyib.

Redaktor.az xəbər verir ki, bu haqda DW məlumat yayıb.

"Ola bilsin ki, deportasiyaları özümüz həyata keçirək. Buna görə də Daxili İşlər Nazirliyindən həmkarlarımızla Əfqanıstan nümayəndələri arasında texniki əlaqələri saxlayırıq," – nazir bildirib.

"Daha sonra bu texniki əlaqələr insanların Əfqanıstana müntəzəm şəkildə deportasiya edilməsinə imkan yaratmalıdır," - Dobrindt əlavə edib.

Almaniyanın xarici işlər naziri Yohan Vadeful isə əlavə olaraq deportasiya danışıqlarının Doha şəhərində aparıldığını təsdiqləyib, amma Kabildə görüşlərin lazım olmadığını bildirib.

Qeyd edək ki, iyul ayında Almaniya 81 cinayətkar və sığınacaq tələbi rədd edilmiş əfqanıstanlını geri göndərib.

Seçilən
17
1
redaktor.az

2Mənbələr