AZ

Çarli Kirkin öldürüldüyü yerin yaxınlığında jurnalistlərin avtomobilini partlatmaq istədilər

Oxu.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

ABŞ-nin Yuta ştatında "Fox 13" telekanalının avtomobilinin altında partlayıcı maddə tapıldıqdan sonra iki kişi saxlanılıb.

Oxu.Az-ın xəbərinə görə, bu barədə KUTV məlumat yayıb.

Hadisə ifrat sağçı Çarli Kirkin öldürüldüyü Orem şəhərinin yaxınlığındakı Maqnada baş verib.

Polis xəbər xidməti avtomobilinin altına yerləşdirilmiş partlayıcı qurğunu tapıb.

Saxlanılanlar 58 yaşlı Adib Nasir və 31 yaşlı Adil Castis Əhməd Nasirdir.

Xatırladaq ki, Çarli Kirk sentyabrın 10-da Yuta ştatında universitetdə çıxışı zamanı öldürülüb. O, boynundan güllə yarası alıb və xəstəxanada ölüb. Bir neçə gün sonra FTB 22 yaşlı şübhəli Tayler Robinsonu saxlayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
17
oxu.az

1Mənbələr