AZ

"Kəpəz" üçün daha bir uğursuz start

Yazını böyüt
Yazını kiçilt

Misli Premyer Liqasının ilk dörd turu "Kəpəz"in xalsız qalması ilə əlamətdar olub.

Hafta.az xəbər verir ki, Gəncə klubu "Sumqayıt" (0:3), "Karvan-Yevlax" (2:3) və "Zirə"nin (0:5) ardınca "Araz-Naxçıvan"a da uduzub - 0:2.

Qərb təmsilçisi ardıcıl ikinci mövsümdə startdakı dörd turda xal qazana bilmir. Ümumilikdə isə "Kəpəz" tarixində dördüncü dəfə belə halla üzləşib. 2012/13 və 2022/23 mövsümlərinə də gəncəlilər uğursuz start veriblər.

Ümumilikdə isə bütün matçlarda texniki məğlubiyyət alan "Gənclik" nəzərə alınmasa, tarixdə 28-ci dəfə bir komanda ilk dörd görüşdə məğlub olub. "Kəpəz" dörd, "Bakı", "Bakılı", MOİK və "Şəfa" hərəyə iki, digər 16 komanda bir dəfə belə duruma düşüb. "Şirvan" (Kürdəmir), AZAL, "Ədliyyə", "Gənclərbirliyi", "Xəzər" (Sumqayıt), "Qarabağ", "Qəbələ", "Lokomotiv", "Neftqaz", "Pambıqçı" (Neftçala), "Şahdağ" (Quba), "Şahdağ" (Qusar), "Rəvan", "Şamaxı", "Şəmkir" və "Turan" bir belə start yaşayıb.

Seçilən
42
13
hafta.az

10Mənbələr