2024-cü ildə 1 ton neftin istehsal maya dəyəri 160,51 manat olub.
Moderator.az-ın SOCAR-ın illik hesabatına istinadən verdiyi məlumata görə, keçən ilin müvafiq dövrü ilə müqayisədə 16,91 manat və ya 11,8% artıb.
2024-cü ildə 1000 kubmetr qazın fakti ki istehsal maya dəyəri 80,25 manat olub. Bu da 2023-cü illə müqayisədə 4,22 manat və ya 5,5% artım deməkdir.
Hesabata əsasən, qazın hasilatına, “Azərkontrakt”dan alışına və idxala çəkilən xərclərlə yanaşı, qazın emalı, saxlanması, nəqli və paylanması xərcləri də nəzərə alınmaqla SOCAR üzrə satılan 1000 kubmetr qazın faktiki xərci 176,82 manat təşkil edib.